Keremin "Fənərbağça"da alacağı maaş müəyyənləşdi

Keremin "Fənərbağça"da alacağı maaş müəyyənləşdi

Kerem Aktürkoğlunun “Fənərbağça” ilə müqavilə detalları bəlli olub.

Fanat.Az xəbər verir ki, Türkiyə nəhəngi Kerem Aktürkoğlunun transferində böyük irəliləyiş əldə edib.

İstanbullular türkiyəli futbolçu ilə 4 illik müqavilə üzərində razılıq əldə edib.

Xəbəri Türkiyənin nüfuzlu “Sabah” qəzeti yayıb.

Mənbənin məlumatına görə, milli oyunçu yeni klubundan illik 5 milyon avro məvacib alacaq. Müqaviləyə əlavə olunan bonuslarla birlikdə bu məbləğin 6 milyon avroya qədər yüksələcəyi qeyd olunur.

Kamil Xudiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər