Kerem Aktürkoğlu "Fənərbağça" forması ilə ilk matçına bu tarixdə çıxacaq

Kerem Aktürkoğlu "Fənərbağça" forması ilə ilk matçına bu tarixdə çıxacaq

Türkiyəli futbolçu Kerem Aktürkoğlunun "Fənərbağça" forması ilə debüt edəcəyi matç bilinib.

Fanat.az xəbər verir ki, “Fənərbağça” artıq Kerem Aktürkoğlu ilə bütün şərtlərdə razılığa gəlib.

Transfer rəsmi olaraq açıqlanmasa da, "sarı-lacivərtlilər" prosesin sənədləşmə mərhələsini sürətləndirir. Məqsəd 16 avqustda keçiriləcək “Göztepe” matçına qədər futbolçunun İstanbulda olub komanda ilə məşqlərə başlamasıdır.

Bu barədə məlumatı türkiyəli jurnalist Ceyhun Samet Yüksel yayıb.

Klub rəhbərliyi Keremin adaptasiyasını vaxt itirmədən həll edərək, onun debütünü azarkeşlərin qarşısında gerçəkləşdirməyi planlaşdırır.

Kamil Xudiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər