“Benfika”nın futbolçusu Kerem Aktürkoğlu Çempionlar Liqasında tarixi bir uğura imza atıb.
Fanat.Az xəbər verir ki, o, turnirin tarixində Türkiyə xaricində bir klub forması ilə Türkiyə komandasına qol vuran ilk türkiyəli futbolçu olub.
Xəbəri "Opta" yayıb.
Türkiyəli hücumçu dünən ÇL-in pley-off mərhələsində "Benfika" "Fənərbağça" (1:0) matçının 35-ci dəqiqəsində fərqlənərək bu uğura imza atıb.
Qeyd edək ki, yay transfer pəncərəsində Keremin "Fənərbağça"ya transferi gündəmdə idi.
Kamil Xudiyev