Növbəti mövsüm II Liqada çıxış edəcək "Qaradağ Lökbatan" Sabir Allahquliyevin ardından daha 3 təcrübəli oyunçu ilə güclənib.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, Kamal Quliyevin baş məşqçi təyin olunduğu klub II Liqanın qalibi, növbəti mövsüm I Liqada çıxış edəcək "Şahdağ QUsar"ın oyunçuları ilə anlaşıb.
Söhbət 31 yaşlı qapıçı Rafiq Kərimov, 27 yaşlı yarımmüdafiəçi Vüsal Hüseynov və 13 qolla komandasının ikinci məhsuldar hücumçusu olan Tural Qürbətovdan gedir.
Qeyd edək ki, "Şahdağ Qusar" əsas izləyicisi "Şəfa"nı 1 xal fərqlə üstələyərək II Liqanın qalibi olub.
Mirağa