Joau Feliks yeni klubu ilə müqavilə imzaladı

Joau Feliks yeni klubu ilə müqavilə imzaladı

Portuqaliyalı hücumçu Joau Feliks Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu ilə müqavilə imzalayıb.

Fanat.Az xəbər verir ki, müqavilənin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub.

Bu barədə məlumatı şəxsi "X" hesabı üzərindən Fabritsio Romano yayıb.

Transferin rəsmiləşdirilməsi zamanı “Əl-Nəsr” Avstriyada təlim-məşq toplanışında olub. Klub rəhbərliyi və oyunçular heyəti Feliksin transferini düşərgədə qarşılayıblar.

 Müqavilə ilə "Çelsi"yə məxsus olan Feliks ötən mövsümün ikinci yarısını icarə əsasında “Çelsi”də keçirmişdi.

Qeyd edək ki, istedadlı futbolçunun “Əl-Nəsr”lə anlaşması Səudiyyə klubu üçün yay transfer pəncərəsinin ən iddialı keçidlərindən biri kimi qiymətləndirilir.

Kamil Xudiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər