İtaliya nəhəngi yeni transferinin adını açıqladı

İtaliya nəhəngi yeni transferinin adını açıqladı

 

"İnter" yeni transfer reallaşdırıb.

Fanat.Az xəbər verir ki, məlumatı Milan klubunun rəsmi saytı açıqlayıb.

İtaliya nəhəngi "Lans"ın fransalı yarımmüdafiəçisi Endi Diufu heyətinə cəlb edib. 22 yaşlı futbolçu "İnter"lə uzunmüddətli müqavilə imzalayıb. Belə ki, yarımmüdafiəçinin milanlılarla müqaviləsinin müddəti 2030-cu ilin iyun ayına kimi hesablanıb. Gənc futbolçu üçün təxminən 25 milyon avro ödənilib. Diuf "İnter"də 17 nömrə altında çıxış edəcək. 

Xatırladaq ki, Endi Diuf ötən mövsüm "Lans"ın heyətində Fransa çempionatında 34 oyun keçirib, 1 qol vurub, 2 məhsuldar ötürmə edib. Fransız buna qədər "Bazel" və "Renn"də də çıxış edib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər