İstanbul nəhəngi Ceydon Sanço üçün hərəkətə keçdi

İstanbul nəhəngi Ceydon Sanço üçün hərəkətə keçdi

"Beşiktaş" transfer çalışmalarını davam etdirir.

Fanat.Az xəbər verir ki, "qartallar" "Mançester Yunayted"in ulduz futbolçusu Ceydon Sanço ilə maraqlanır.

Bu barədə məlumatı "Sabah Spor" yayıb.

Nəşrin məlumatına görə, Sanço illik 10 milyon avro məvacib tələbində endirim etməyə hazırdır.

"Mançester Yunayted" isə oyunçunun transfer qiymətini 20 milyon avro olaraq müəyyənləşdirib. İstanbul təmsilçisinin bu transferi reallaşdırmaq üçün rəsmi təklif göndərməsi gözlənilir.

Əgər tərəflər ortaq məxrəcə gələ bilsə, Sanço karyerasında ilk dəfə Super Liqada çıxış edəcək.

Kamil Xudiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər