"Real Madrid" yay transfer pəncərəsində orta sahəyə güclü əlavə etmək məqsədilə Vitinyanın transferi üçün rəsmi danışıqlara start verib.
Fanat.Az xəbər verir ki, PSJ portuqaliyalı yarımmüdafiəçi üçün 130 milyon avro tələb edib.
"AS" nəşrinin yaydığı məlumata görə, fransız klubu oyunçusunu mövcud müqavilə şərtləri daxilində satmaq niyyətindədir.
Hazırda 80 milyon avro bazar dəyəri olan futbolçu Madrid klubunun gələcək planlarında əsas fiqurlardan biri kimi nəzərdən keçirilir. Bu transfer baş tutarsa, "kral klubu"nun orta sahə gücünə ciddi təsir göstərəcəyi gözlənilir.
Qeyd edək ki, ötən mövsüm Vitinya 59 oyunda meydana çıxaraq 8 qol və 5 asistlə yadda qalıb.
Kamil Xudiyev