Bu gün İngiltərə Premyer Liqasında 29-cu turun bir oyunu keçirilib.
Fanat.Az xəbər verir ki, qalan oyunları martın ortalarında keçiriləcək turun irəli çəkilmiş bir matçında lider “Liverpul” səfərdə “Aston Villa” ilə qarşılaşıb.
“Qırmzılar” səfərdə xal itkisi ilə üzləşiblər.
Hazırda 61 xalı olan “Liverpul” vahid liderdir. “Aston Villa” isə 39 xalla 9-cudur.
İngiltərə Premyer Liqası 29-cu turun oyunu 19 fevral
Aston Villa – Liverpul 2:2 Qollar: Tilemans, 38. Uotkins, 45+3 – Salah, 29. Aleksander-Arnold, 61.