I Liqa klubu 3 futbolçusu ilə vidalaşdı

I Liqa klubu 3 futbolçusu ilə vidalaşdı

Azərbaycanın I Liqa təmsilçisi "Difai" 3 futbolçu ilə yolları ayırıb.

Fanat.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Klub Riad Abbaszadə, Əbil Əbilov və Mahir Həsənov ilə vidalaşıb.

Qeyd edək ki, "Difai"ni yeni mövsümdən Araz Bağırov çalışdıracaq. Klub 43 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanıb. Bağırov son olaraq "Kəpəz"də baş məşqçi köməkçisi kimi fəaliyyət göstərib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər