I Liqa: Açılış oyununda meydan sahibləri güldü

I Liqa: Açılış oyununda meydan sahibləri güldü

Azərbaycan Birinci Liqasında 16-cı tur start götürüb.

Fanat.Az xəbər verir ki, bu gün bir oyun keçirilib. 

"Baku Sportinq" öz meydanında "Cəbrayıl"ı qəbul edib. Qarşılaşma paytaxt təmsilçisinin minimal hesablı qələbəsi ilə başa çatıb. 

Xallarını 21-ə yüksəldən "Baku Sportinq" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. 16 xalı olan "Cəbrayıl" isə 7-ci yerdədir.

Turun qalan oyunları sabah keçiriləcək.

I Liqa 16-cı tur 27 fevral

"Baku Sportinq" - "Cəbrayıl" 1:0 Qol: Luka Stevanoviç, 39.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər