FİFA-dan Super Liqa təmsilçisinə qadağa

FİFA-dan Super Liqa təmsilçisinə qadağa

Türkiyə Super Liqasının autsayderlərindən olan "Sivasspor"a FİFA-dan pis xəbər gəlib.

Fanat.Az xəbər verir ki, beynəlxalq futbol qurumu “qırmızı-ağlar”a üç pəncərəsi dövrünü əhatə edəcək transfer qadağası tətbiq edib.

FİFA bu qərarı rəsmi saytı vasitəsilə yayıb. Bu cəzaya klubun maliyyə və müqavilə öhdəliklərini yerinə yetirməməsi səbəb olub.

“Sivasspor” bu mövsüm 24 oyunda 24 xal toplayaraq Super Liqada 15-ci pillədə qərarlaşıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər