FİF İkinci Liqanın debütantı ilə görüşdü, bu qədər məbləğ ayrıldı - Klub yeni sponsor tapdı

FİF İkinci Liqanın debütantı ilə görüşdü, bu qədər məbləğ ayrıldı - Klub yeni sponsor tapdı

Futbolun İnkişaf Fondunun (FİF) icraçı direktoru Tural Piriyev növbəti mövsüm II Liqada debüt edəcək "Şirvan" klubunun rəhbərliyi ilə görüş keçirib. 

Bu barədə Fanat.Az-a bölgə klubunun prezidenti Ramil Tağıyev məlumat verib. 

Klub funksioneri bu gün Şirvan şəhərindəki "Gənclər evi"ndə baş tutan tədbirdən ümidverici təəssüratla ayrıldığını deyib:

"Futbolun inkişafı və gənclərimizin idmana təşviqi baxımından böyük önəm verdiyimiz görüş elə indicə başa çatdı. Klubun planları, gəlirlərin artırılması ilə bağlı təkliflər və FİF-in mümkün dəstək imkanları müzakirə olundu. Görüş məhsuldar keçdi. İnanırıq ki, gələcək uğurlu çıxışımız üçün təməli düzgün qoya biləcəyik".   

Tağıyev yeni sponsorla anlaşdıqlarını da bildirib: "Müasir futbolda maddiyat önəmli faktordur. Ötən mövsüm sırf daxili imkanlarımız hesabına çıxış etdik. İkinci liqada dəstək vacibdir. AFFA  58 min manat verəcək. Bundan başqa, yeni tərəfdaşlarımız var. "Mister Tum"la anlaşma əldə olunub, bizə dəstək olacaqlar. Qarşıdakı günlərdə daha bir yeni tərəfdaşımızın adını açıqlayacağıq".

   Qeyd edək ki, "Şirvan" Region Liqasında "Xankəndi"yə uduzaraq 2-ci yeri tutub. Belədə, komanda II Liqanı sonuncudan əvvəlki - 13-cü yerdə başa vuran "Lerik"lə pley-off oyununda üz-üzə gəlib. Pərviz Bayramovun komandası əlavə vaxta qədər uzanan gərgin matçda 3:2 qalib gələrək II Liqaya vəsiqə əldə edib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər