UEFA Çempionlar Liqasında pley-off mərhələsində qarşılaşacaq komandalar müəyyənləşib.
Fanat.Az xəbər verir ki, pley-off cütləri aşağıdakı kimidir:
Çempionlar yolu:
"Ferentsvaroş" (Macarıstan) - "Qarabağ" (Azərbaycan) "Srvena Zvezda" (Serbiya) - "Pafos" (Kipr) "Budyo-Qlimt" (Norveç) - "Şturm" (Avstriya) "Seltik" (Şotlandiya) - "Kayrat" (Qazaxıstan) "Bazel" (İsveçrə) - "Kopenhagen" (Danimarka)
Liqa yolu:
"Fənərbağça" (Türkiyə) - "Benfika" (Portuqaliya) "Reyncers" (Şotlandiya) - "Brügge" (Belçika)
Pley-off mərhələsinin ilk oyunları avqustun 19-20-də, cavab görüşləri isə 26-27 avqustda keçiriləcək. Bu mərhələnin nəticələrinə əsasən Çempionlar Liqasının Liqa mərhələsinin iştirakçılarının yekun tərkibi formalaşdırılacaq.