Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinə yekun vuruldu

Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinə yekun vuruldu

UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsi yekunlaşıb.

Fanat.Az xəbər verir ki, 10 görüşün hamısı bu gün baş tutub.

Azərbaycan çempionu “Qarabağ” Bakıda “Şkendiya”nı qəbul edib. İlk görüşdə minimal hesablı qələbə qazanan Qurban Qurbanovun komandası doğma meydanda rəqibini 5:1 məğlub edərək pley-offa yüksəlib.

Türkiyə nəhəngi “Fənərbağça” ötən həftə səfərdə uduzduğu “Feyenoord”a evdə 5:2 hesabı ilə qalib gəlib.

“Qarabağ”ın pley-off mərhələsindəki potensial rəqibləri “Ferentsvaroş” ilə “Ludoqorets” isə Macarıstanda qarşılaşıblar. 3:0 hesablı qələbəyə sevinən "Ferentsvaroş" "Qarabağ"la Liqa mərhələsi uğrunda mübarizə aparmaq hüququ qazanıb.

UEFA Çempionlar Liqası 3-cü təsnifat mərhələsi, cavab oyunları 12 avqust

20:00. "Qarabağ" – "Şkendiya" (Şimali Makedoniya) İlk oyun - 1:0. ikinci oyun - 5:1

21:00. "Kopenhagen" (Danimarka) – "Malmö" (İsveç) İlk oyun - 0:0. ikinci oyun - 5:0

21:00. "Fənərbağça" (Türkiyə) – "Feyenoord" (Niderland) İlk oyun - 1:2. ikinci oyun 5:2

21:00. "Pafos" (Kipr) – "Dinamo" (Kiyev, Ukrayna) İlk oyun - 1:0. ikinci oyun 2:0

21:00. "Viktoriya" (Plzen, Çexiya) – "Reyncers" (Şotlandiya) İlk oyun - 0:3. ikinci oyun 2:1

21:30. "Brügge" (Belçika) – "Zalsburq" (Avstriya) İlk oyun - 1:0. ikinci oyun 3:2

22:15. "Ferentsvaroş" (Macarıstan) – "Ludoqorets" (Bolqarıstan) İlk oyun - 0:0. ikinci oyun 3:0

22:15. "Slovan" (Slovakiya) – "Kayrat" (Qazaxıstan) İlk oyun - 0:1. ikinci oyun 1:0 (penaltilər seriyası 3:4)

23:00. "Benfika" (Portuqaliya) – "Nitsa" (Fransa) İlk oyun - 2:0. ikinci oyun 2:0

23:00. "Srvena Zvezda" (Serbiya) – "Lex" (Polşa) İlk oyun - 3:1. ikinci oyun 1:1

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər