Əliyar Ağayevlə köməkçisinə Tofiq Bəhramovun adına təsis olunmuş mükafat verildi

Əliyar Ağayevlə köməkçisinə Tofiq Bəhramovun adına təsis olunmuş mükafat verildi

Şamaxıda baş tutan mövsümün açılış oyunundan əvvəl mükafatlandırma baş tutub. 

Fanat.Az xəbər verir ki, Azərbaycan futbol hakimliyinin fəxri, mərhum Tofiq Bəhramovun adına təsis  olunmuş "İlin Mükafatı”nın ötənilki qaliblərinə mükafatlar təqdim olunub. 

Baş hakim nominasiyasında Əliyar Ağayev, baş hakimin köməkçisi nominasiyasında isə Zeynal Zeylanov ən yaxşı seçilib. Onlara mükafatlar  məhz yeni mövsümün açılış oyununda - "Karvan-Yevlax" ilə "Qəbələ" arasında keçirilən matçda  ötənlərin tanınmış hakimi Rüstəm Rəhimov və AFFA Hakimlər Komitəsinin sədri Frank de Blekere  tərəfindən təqdim olunub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər