Elçin Məsiyev AÇ-nin yarımfinalına təyinat aldı

Elçin Məsiyev AÇ-nin yarımfinalına təyinat aldı

FIFA referisi Elçin Məsiyev 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatında növbəti təyinat alıb.

Fanat.Az xəbər verir ki, o, Slovakiyada təşkil edilən qitə çempionatının yarımfinal mərhələsinin İngiltərə – Niderland oyununun ehtiyat hakimi olacaq. 

Qarşılaşmanı yunanıstanlı Vassilis Fotias idarə edəcək.

İyunun 25-də Bratislava şəhərində yerləşən Milli Futbol Stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.

Qeyd edək ki, Elçin Məsiyev qrup mərhələsinin Çexiya – İngiltərə (1:3) və Gürcüstan – Portuqaliya (0:4) oyunlarının baş hakimi, 1/4 finalın Almaniya – İtaliya (3:2) matçının isə ehtiyat hakimi olub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər