Rumıniyalı əfsanəvi məşqçi Mirça Luçeskunun bu gün 80 yaşı tamam olur.
Fanat.Az "Kanal 24"-ə istinadən xəbər verir ki, onun uzun müddət çalışdırdığı Donetsk "Şaxtyor"u təcrübəli mütəxəssisə sürpriz hədiyyə göndərib.
Hələ 2015-ci ildə Luçeskunun 70 illik yubileyi üçün bürünc heykəl sifariş edən, onu Donetsk azad edildikdən sonra "Donbass Arena"da açmağı planlaşdıran, məşqçinin 75 illik yubileyi ərəfəsində isə onun Kiyev “Dinamo”sunun rəhbəri olması səbəbindən quraşdırmanı yenidən təxirə salan "Şaxtyor" nəhayət istəyini reallaşdırıb. “Şaxtaçılar” heykəli Rumıniyaya yollayıb və onu orada açmağa qərar veriblər.
? Скульптура Мірчі Луческу їде з України до Містера в Румунію!#Shakhtar #Легенда pic.twitter.com/MatL4RePLd
— ⚒FC SHAKHTAR DONETSK (@FCShakhtar) July 28, 2025
Mirça Luçesku 12 il "Şaxtyor"a rəhbərlik edib. Rumıniyalı mütəxəssis Donets nəhənginə bir çox titullar, o cümlədən 2009-cu ildə UEFA kuboku qazandırıb.