Edersonun "Qalatasaray"da alacağı maaş bilindi

Edersonun "Qalatasaray"da alacağı maaş bilindi

"Qalatasaray" ilə təcrübəli qapıçı Ederson arasında transfer danışıqları sürətlə davam edir.

Fanat.Az xəbər verir ki, tərəflər illik 8 milyon avro maaş üzərində razılığa gəlməyə yaxındır.

Bu barədə məlumatı "A Spor" yayıb.

Bu məbləğlə Ederson klubun ən çox qazanan dördüncü futbolçusu statusunu əldə edəcək.

"Sarı-qırmızılılar" üçün böyük əhəmiyyət kəsb edən bu transfer xüsusilə qapı xəttindəki mövcud problemlərin aradan qaldırılması baxımından önəmli hesab olunur. Azarkeşlər, Edersonun komandaya qatılması ilə qapıçı mövqeyində yeni bir dövrün başlayacağına inanır.

Danışıqların yekunlaşması üçün son detallara baxılır və yaxın günlərdə rəsmi açıqlamanın gəlməsi gözlənilir.

Kamil Xudiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər