Dünyanın ən gözəl futbolçusu Ana Mariya Markoviç yeni klubunu doğru təxmin edən azarkeşi şam yeməyinə aparacağını vəd edib.
Fanat.Az xəbər verir ki, Markoviç "TikTok"-da "Mən ... ilə müqavilə bağlayacağam. Təxminlərinizi yazın" şərhi ilə video yerləşdirib. O, qaliblə nahar edəcəyinə söz verib.
Azarkeşlər ona doğma Xorvatiya klublarından tutmuş "Mançester Yunayted"ə qədər təxmin etməyə can atıblar, lakin hamısı yanıldı. Gözəl futbolçu "Bruklin" klubu ilə müqavilə imzalayıb.
Ana Mariya sonradan yeni formasını nümayiş etdirərək rəsmi xəbəri sosial şəbəkə hesabında açıqlayıb.