Dünən toyu olan Arazın futbolçu əmioğlusu da evlənir

Dünən toyu olan Arazın futbolçu əmioğlusu da evlənir

Daha bir futbolçu subaylığın daşını atır. 

Fanat.Az-ın əldə etdiyi məlumata görə, bu gün yarımmüdafiəçi Samir Abdullayevin toyu olacaq. 

23 yaşlı hücumameylli futbolçunun toy mərasimi "İmperial" şadlıq sarayında olacaq.

Samir ötən mövsümü "Səbail"in heyətində keçirib.

Qeyd edək ki, dünən Araz Abdullayev evlənib. Səbinə adlı gimnast xanımla ailə həyatı quran Araz ilə Samir əmioğludurlar.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər