Donnarummanın yeni klubu müəyyənləşir - SON DURUM

Donnarummanın yeni klubu müəyyənləşir - SON DURUM

“Mançester Siti” qapı xəttini gücləndirmək üçün mühüm addım atıb.

Fanat.Az xəbər verir ki, İngiltərə nəhəngi “PSJ”nin qapıçısı Canluici Donnarumma ilə şəxsi razılıq əldə edib.

Məlumata görə, artıq tərəflər futbolçunun şəxsi şərtləri üzrə anlaşma əldə etsələr də, klublar arasında danışıqlar davam edir. “PSJ” Donnarummanın transferi üçün “Siti”dən 50 milyon avro tələb edir.

Bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.

İtaliyalı qolkiperin “Etihad”a keçidi baş tutacağı təqdirdə, şəhərlilərin heyətində ən səs-küylü transferlərdən biri olacaq.

Kamil Xudiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər