Donnarummanı PSJ-dən uzaqlaşdıran Enrike qərarını şərh etdi - "Buna 100 faiz cavabdehəm"

Donnarummanı PSJ-dən uzaqlaşdıran Enrike qərarını şərh etdi - "Buna 100 faiz cavabdehəm"

PSJ-nin baş məşqçisi Luis Enrike qapıçı Canluici Donnarummanın bu gün - avqustun 13-də "Tottenhem"ə qarşı keçiriləcək UEFA Superkubokunun final oyunu üçün heyətdən çıxarılmasına münasibət bildirib.

Fanat.Az xəbər verir ki, tanınmış insayder Fabritsio Romano ispaniyalı çalışdırıcının fikirlərini belə çatdırıb: 

"Donnarumma heyətdən kənarlaşdırılıb, bu, mənim öz qərarımdır. Buna 100 faiz cavabdehəm. Mənə fərqli tipli qapıçı lazımdır və bu qərarı vermişəm. Canluisi dünyanın ən yaxşı qapıçılarından biridir".

Canluici Donnarumma 2021-ci ilin iyul ayından PSJ-də çıxış edir. İtaliyalı qolkiper keçən mövsüm komandasının heyətində 47 oyun keçirib, 17 matçda qapısını toxunulmaz saxlayıb. Onun Fransa nəhəngi ilə müqaviləsinin müddəti 30 iyun 2026-cı ilə qədərdir.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər