DÇ-2026-nın püşkatma mərasiminin vaxtı və yeri bilindi - Tramp açıqladı

DÇ-2026-nın püşkatma mərasiminin vaxtı və yeri bilindi - Tramp açıqladı

ABŞ prezidenti Donald Tramp 2026-cı il futbol üzrə dünya çempionatının final mərhələsinin püşkatma mərasiminin tarixini və yerini açıqlayıb. 

Fanat.Az xəbər verir ki, püşkatma mərasimi dekabrın 5-də Vaşinqtonda Con Kennedi adına İfaçılıq Mərkəzində keçiriləcək. 

Tramp bunu Ağ Evdə FİFA prezidenti Canni İnfantinonun iştirakı ilə bəyan edib. 

Xatırladaq ki, qarşıdan gələn dünya çempionatı tarixdə eyni vaxtda 48 komandanın iştirak edəcəyi ilk dünya çempionatı olacaq. Mundial üç ölkədə - Kanada, ABŞ və Meksikada keçiriləcək. Turnirin ev sahiblərindən əlavə, Yaponiya, Yeni Zelandiya, İran, Argentina, Özbəkistan, Cənubi Koreya, İordaniya, Avstraliya, Braziliya və Ekvador komandaları artıq dünya çempionatına vəsiqə qazanıblar. 

Hazırkı dünya çempionu Argentinadır. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər