Futbol üzrə dünya çempionatında daha bir 1/8 finalçının adına aydınlıq gəlib.
Fanat.Az xəbər verir ki, son dünya çempionatının finalçısı Fransa seçməsi 1/16 finalda İsveç ilə qarşılaşıb.
Skandinaviya komandasını 3 cavabsız qolla yenən "xoruzlar" növbəti raundda Paraqvay millisi ilə münasibətlərinə aydınlıq gətirəcəklər.
DÇ-2026 1/16 final 1 iyul
Fransa - İsveç 3:0 Qollar: Kilian Mbappe, 45; 74. Bredli Barkola, 53. Baş hakim: Danni Makkeli (Niderland). Nyu-York/Nyu-Cersi stadionu