DÇ-2026: İspaniya millisi 1/8 finala darmadağınla yüksəldi

DÇ-2026: İspaniya millisi 1/8 finala darmadağınla yüksəldi

ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatının 1/16 final mərhələsində bu gün növbəti oyun keçirilib.

Fanat.Az xəbər verir ki, Los Ancelesdə İspaniya yığması Avstriya seçməsi ilə üz-üzə gəlib.

İspaniyalılar rəqib qapısından 3 cavabsız top keçirərək növbəti mərhələyə adlayıblar.

Onlar 1/8 finalda Portuqaliya – Xorvatiya cütünün güclüsünə rəqib olub.

Xatırladaq ki, DÇ-2026-ya iyulun 19-da yekun vurulacaq.

DÇ-2026 1/16 final

2 iyul

İspaniya - Avstriya 3:0

Qollar: Oyarzabal, 36,89. Porro, 66 Baş hakim: Qlenn Nyberq (İsveç). Los Anceles (ABŞ). "Los Angeles Stadium". 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər