DÇ-2026: Belçika millisi əzmkar qələbə ilə adını 1/8 finala yazdırdı

DÇ-2026: Belçika millisi əzmkar qələbə ilə adını 1/8 finala yazdırdı

ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatının 1/16 final mərhələsində növbəti oyunlar keçirilib.

Fanat.Az xəbər verir ki, bu gün daha iki görüş baş tutub.

Gecəyarısı start götürən qarşılaşmada Belçika ilə Seneqal üz-üzə gəliblər. Gərgin keçən matçın əsas vaxtında qalib müəyyənləşməyib. Əlavə vaxtın son dəqiqələrində penalti vurmaq hüququ qazanan belçikalılar fərqlənərək 1/8 finala yüksəliblər.

Xatırladaq ki, dünya çempionatı iyulun 19-da başa çatacaq.

DÇ-2026 1/16 final

2 iyul

Seneqal - Belçika 2:3

Qollar: H. Diarra, 25, İ. Sarr, 51. - Lukaku, 86, Tilemans, 89, 120+5 Baş hakim: Said Martines (Honduras). Sietl. (ABŞ). "Lumen Field Stadium".

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər