Cerrard bu klubun təklifini geri çevirdi - SON DURUM

Cerrard bu klubun təklifini geri çevirdi - SON DURUM

"Liverpul"un və İngiltərə millisinin sabiq yarımmüdafiəçisi Stiven Cerrard Moskva “Spartak”ını çalışdırmaqdan imtina edib.

Fanat.Az xəbər verir ki, informasiyanı "Metaratings" yayıb.  

Mənbənin məlumatına görə, Rusiya klubu baş məşqçi postuna mümkün təyinatla bağlı Cerrardın nümayəndələri ilə əlaqə saxlayıb. İngilis mütəxəssis mövcud siyasi vəziyyətə görə taklifi müzakirə etmək belə istəməyib. 

Stiven Cerrard bundan əvvəl “Liverpul"un U-19, Şotlandiyanın "Reyncers, İngiltərənin “Aston Villa” və Səudiyyə Ərəbistanının “Əl-İttifaq” komandalarının baş məşqçisi olub. Onun rəhbərliyi altında "Reyncers" 2021-ci ildə Şotlandiya çempionu olub.

2016-cı ildə futbolçu karyerasını başa vuran "Liverpul"un əfsanəsi İngiltərə millisində 114 oyun keçirib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər