Cerrard baba oldu

Cerrard baba oldu

"Liverpul"un və İngiltərə millisinin əfsanəvi sabiq yarımmüdafiəçisi Stiven Cerrard 45 yaşında baba olub.

Fanat.Az xəbər verir ki, bu barədə "The Sun" məlumat yayıb.

Mənbənin məlumatına görə, Cerrardın 21 yaşlı qızı Lilli-Ellanın övladı dünyaya gəlib. 

Lilly-Elladan başqa Cerrardın daha üç övladı var: qızları Lexi və Lourdes (müvafiq olaraq 19 və 13 yaşlarında) və 7 yaşlı oğlu Lio.

Cerrard 2016-cı ildə futbolçu karyerasını başa vurub. O, karyerasının böyük hissəsini "Liverpul"da, son iki ilini isə "Los-Anceles Qalaksi"də keçirib. Cerrard baş məşqçi kimi “Reyncers”, “Aston Villa” və “Əl-İttifaq”ı çalışdırıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər