Cek Qriliş "Mançesyter Siti"ni bu kluba dəyişir - Maaşının azalmasına razı oldu

Cek Qriliş "Mançesyter Siti"ni bu kluba dəyişir - Maaşının azalmasına razı oldu

"Mançester Siti"nin yarımmüdafiəçisi Cek Qriliş bu mövsüm başa çatdıqdan sonra klubunu dəyişəcək.

Fanat.Az xəbər verir ki, ingilis futbolçu "Nyukasl"a keçməyə hazırlaşır. 

Məlumatı "Chronicle Live" yayıb. 

Mənbənin məlumatına görə, 29 yaşlı Cek Premyer Liqa klubu ciddi maraqlanır. "Şəhərlilər"in heyətində həftədə təxminən 300 min funt-sterlinq qazanan Qrilişin "Nyukasl"a qoşulmaq üçün maaşında endirim etməyə hazır olduğu bildirilir. 

"Tottenhem" klubunun da onu ələ keçirməyə can atdığı bildirilir. 

Xatırladaq ki, bu mövsüm Cek Qriliş "Mançester Siti"nin heyətində İngiltərə çempionatında 15 oyun keçirib və bir məhsuldar ötürmə edib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər