Bu komanda "Şəki Siti"yə birləşdirildi

Bu komanda "Şəki Siti"yə birləşdirildi

İkinci Liqada iştirak etməyi hədəfləyən Region Liqası təmsilçisi "Xudat" istəyinə çatıb. 

Fanat.Az-ın əldə etdiyi məlumata görə, sözügedən komanda "Şəki Siti" adı altında fəaliyyət göstərəcək. Razılıq əldə olunub ki, Bəhmən Həsənovun baş məşqçisi olduğu kollektiv "Şəki Siti" ilə birləşərək 2-ci Liqada mübarizə aparsın. Detallar həftəiçi dəqiqləşəcək. Komanda üzvləri iki gün sonra Şəkiyə gedəcək. Orada komandalar birləşəcək və bundan sonra seçim ediləcək. Bundan sonra Həsənov kimlərlə yoluna davam edəcəyinə qərar verəcək. 

Qeyd edək ki, "Şəki Siti" ötən mövsüm 2-ci Liqanın yekununda 14 komanda arasında 10-cu yerlə kifayətlənib.  

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər