Bu gün Konfrans Liqasında 29 görüş keçiriləcək

Bu gün Konfrans Liqasında 29 görüş keçiriləcək

UEFA Konfrans Liqasında 3-cü təsnifat mərhələsinin ilk oyunları davam edir. 

Fanat.Az xəbər verir ki, avqustun 5-də bir oyunla start götürən mərhələ çərçivəsində bu gün daha 29 qarşılaşma baş tutacaq. 

Təmsilçilərimizdən "Araz-Naxçıvan" evdə "Omoniya"nı qəbul edəcək, "Sabah" isə Bolqarıstanda "Levski" ilə qarşılaşacaq. 

Türkiyə klublarından "Beşiktaş" "Sent Patriks"lə, "Başakşəhər" isə "Vikinq"lə üz-üzə gələcək. 

Qeyd edək ki, 3-cü mərhələnin cavab görüşləri avqustun 13-də və 14-də keçiriləcək.

UEFA Konfrans Liqası 3-cü təsnifat mərhələsi, ilk oyunlar 7 avqust

20:00. "Araz-Naxçıvan" (AZƏRBAYCAN) - "Omoniya" (Kipr) 20:00. "Aris" (Kipr) - AEK (Yunanıstan) 20:00. "Kauno Jalgiris" (Litva) - "Arda" (Bolqarıstan) 20:00. "Milsami" (Moldova) - "Virtus" (San Marino) 20:00. "Rusenborq" (Norveç) - "Hammarbü" (İsveç)  20:30. "Ostrava" (Çexiya) - "Austriya" (Avstriya) 21:00. AİK (İsveç) - "Dyör" (Macarıstan) 21:00. "Riqa" (Latviya) - "Beytar" (İsrail) 21:00. "Silkeborq" (Danimarka) - "Yagelloniya" (Polşa) 21:00. "Vikinq" (Norveç) - "Başakşəhər" (Türkiyə) 22:00. "Polesye" (Ukrayna) - "Pakş" (Macarıstan) 22:00. "Sparta" (Çexiya) - "Ararat" (Ermənistan) 22:00. "Vikinqur" (Farer adaları) - "Linfild" (Şimali İrlandiya)  22:00. "Levski" (Bolqarıstan) - "Sabah" (AZƏRBAYCAN)  22:00. "Olimpiya" (Sloveniya) - "Eqnatia" (Albaniya)  22:00. "Differdanj" (Lüksembuq) - "Levadiya" (Estoniya)  22:00. "Alkmaar" (Niderland) - "Vaduts" (Lixtenşteyn)  22:00. "Anderlext" (Belçika) - "Şerif" (Moldova)  22:15. "Lozanna" (İsveçrə) - "Astana" (Qazaxıstan)  22:30. "Ballkani" (Kosovo) - "Şemrok Rovers" (İrlandiya)  22:30. "Universitet Krayova" (Rumıniya) - "Trnava" (Slovakiya)  22:30. "Luqano" (İsveçrə) - "Sele" (Sloveniya)  22:45. "Reykyavik" (İslandiya) - "Bröndbü" (Danimarka)  22:45. "Sent Patriks" (İrlandiya) - "Beşiktaş" (Türkiyə)  23:00. "Hayduk" (Xorvatiya) - "Dinamo Tirana" (Albaniya)  23:00. "Partizan" (Serbiya) - "Hibernian" (Şotlandiya)  23:00. "Rakuv" (Polşa) - "Makkabi Hayfa" (İsrail) 23:00. "Larn" (Şimali İrlandiya) - "Santa Klara" (Portuqaliya)  23:00. "Rapid" (Avstriya) - "Dandi Yunayted" (Şotlandiya) 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər