Portuqaliya millisinin və "Mançester Yunayted"in futbolçusu Brunu Fernandeşə “Qalatasaray"a gəl” çağırışı edilib. Fanat.Az xəbər verir ki, informasiyanı "Mynet" yayıb. Mənbənin məlumatına görə, Portuqaliya ilə Norveç arasında keçirilən UEFA Millətlər Liqası matçında zədə səbəbilə iştirak etməyən Fernandeş qarşılaşmanı ehtiyat oyunçular skamyasından izləyib. Bu zaman tribunadakı “Qalatasaray” azarkeşi futbolçuya “Come to "Galatasaray” (“Qalatasaray"a gəl”) deyə səslənib. Fernandeş isə bu çağırışa gülümsəyərək cavab verib. Həmin görüntülər sosial şəbəkələrdə qısa müddətdə yayılıb. Qeyd edək ki, portuqaliyalı futbolçunun adı daha əvvəl də “Qalatasaray”la bağlı transfer xəbərlərində hallanıb. Əlisahib İbrahimli
Brunu Fernandeşə "Qalatasaray"a gəl" çağırışı - VİDEO
TREND
Tv Afişa
09:00
22.11.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Milli
00:37
20.11.2026
"Bursaspor" Toralı niyə göndərmək istəmir? - Səbəb bəlli oldu
Azərbaycan futbolu
23:26
20.11.2026
Valdas Dambrauskas darmadağını belə şərh etdi
Azərbaycan futbolu
14:08
19.11.2026
Montiel sıraya döndü - "Qarabağ"ın qarşıdakı matça neçə itki ilə çıxacağı açıqlandı
Oxşar xəbərlər
Azərbaycan futbolu
17:21
23.11.2026
"Sabah"ın bir futbolçusunun "Barsa"ya qarşı oynamayacağı dəqiqdir, ikisi isə...
Azərbaycan futbolu
16:43
23.11.2026
"Sabah"ın "Barselona"ya qalib gəlməsi möcüzə olar" - Samir Əliyev
Azərbaycan futbolu
16:23
23.11.2026
"Barselona"nı Bakıda neçə fanatın dəstəkləyəcəyi bəlli oldu
Azərbaycan futbolu
16:04
23.11.2026
2-ci Liqa: "Şəmkir" sonda sevindi, "Marafon"dan darmadağın