Benzema Ronaldunu tarixin ən yaxşısı hesab etmir - Bu ada kimi layiq gördüyünü dedi

Benzema Ronaldunu tarixin ən yaxşısı hesab etmir - Bu ada kimi layiq gördüyünü dedi

"Əl-İttihad"ın hücumçusu Kərim Benzema Kriştianu Ronaldunun özünü tarixin ən yaxşı futbolçusu hesab etməsi ilə bağlı açıqlamasına münasibət bildirib. 

Fanat.Az xəbər verir ki, fransalı ulduz "TNT Sports Brasil" telekanalına müsahibəsində belə deyib: 

“Hərə istədiyini deyə bilər. O, özünü tarixin ən yaxşısı hesab edə bilər. Amma fikirlər fərqli də ola bilər. Məsələn, mənim üçün tarixin ən yaxşısı braziliyalı Ronaldodur”.

36 yaşlı fransız 2023-cü ildə azad agent kimi Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubuna keçib. Benzema bu mövsüm 20 oyun keçirib, 18 qol vurub və 7 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdir. "Transfermarkt"-a görə onun hazırki bazar dəyəri 8 milyon avrodur.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər