Barış Alper Yılmaz üçün önəmli qərar - Pul, yoxsa karyera?

Barış Alper Yılmaz üçün önəmli qərar - Pul, yoxsa karyera?

“Qalatasaray”ın türkiyəli futbolçusu Barış Alper Yılmazın gələcəyi ilə bağlı proseslər sürətlənir.

Fanat.Az xəbər verir ki, hücumçu Səudiyyə Ərəbistanı təmsilçisi NEOM-dan gələn təklifin qəbul edilməsini istəyir.

Məlumatı sosial şəbəkə hesabları üzərindən tanınmış insayder Yağız Sabuncuoğlu yayıb.

Məlumata əsasən, ötən mövsüm Barış Alperə “gələcəkdə rəsmi təklif gələrsə, qəbul ediləcək” vədi verilib. İndi isə oyunçu həmin sözün tutulmasını gözləyir. “Qalatasaray” rəhbərliyi ilə futbolçu tərəfi arasında danışıqlar davam edir.

Barış Alperin qarşısında iki yol var: karyerasını Avropada inkişaf etdirmək, yoxsa yüksək maliyyə şərtləri ilə Səudiyyə Ərəbistanına üz tutmaq. Bu qərar onun gələcək taleyini müəyyən edəcək.

Kamil Xudiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər