Azərbaycanda basketbol çempionatını, milli komandaların çıxışını və beynəlxalq turnirləri operativ işıqlandırmaq məqsədilə " AzB.az " idman portalı istifadəyə verilib. Fanat.Az xəbər verir ki, "Offside Media" tərəfindən yaradılan yeni internet resursu əsas diqqəti ölkə basketboluna ayıracaq. "AzB.az" saytında Azərbaycan Basketbol Liqası, kubok yarışları, aşağı yaş qrupları və milli komandaların oyunlarından operativ xəbərlər, xüsusi reportajlar və müsahibələr təqdim olunacaq. Bununla yanaşı, platformada Avropa kuboklarında mübarizə aparan klublarımızın matçları, NBA və Avroliqa qarşılaşmaları da mütəmadi işıqlandırılacaq. Portal xəbər lentindən əlavə, matçların analitik təhlillərini və basketbolçuların statistik göstəricilərini də oxuculara təqdim etməyi hədəfləyir. "AzB.az" redaksiyasının layihənin fəaliyyəti barədə qısa məlumat: "Ölkədə basketbola maraq və klublarımızın beynəlxalq turnirlərdəki iştirakı artsa da, bu sahəni sırf ixtisaslaşmış formada təqdim edən platformaya ehtiyac var idi. "AzB.az" olaraq əsas məqsədimiz həm yerli basketboldakı yenilikləri operativ çatdırmaq, həm də oxuculara dəqiq statistika və analitik məzmun təqdim etməkdir". İnstaqram: www.instagram.com/azb.aze Teleqram: t.me/azbasketbol Feysbuk: www.facebook.com/share/1FMWqs1RbT/ TikTok: www.tiktok.com/@azb.aze Yutub: youtube.com/@azbasketbol
Azərbaycanda yeni basketbol saytı istifadəyə verildi
TREND
Azərbaycan futbolu
10:51
04.10.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
09:41
03.10.2026
Həftəsonu oyunlar bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
00:29
04.10.2026
Dostluq deyib gəldilər, hörmətsizlik edib getdilər
Azərbaycan futbolu
23:56
30.09.2026
"Neftçi"nin Rusiya nəhənginə etdiyi təklif ortaya çıxdı
Oxşar xəbərlər
Azərbaycan futbolu
19:28
05.10.2026
"Sumqayıt" qarşıdakı iki ev oyununu "SOCAR Polymer Arena"da keçirəcək
Azərbaycan futbolu
18:42
05.10.2026
"Turan Tovuz"un sabiq kapitanı zədələndi
Azərbaycan futbolu
17:45
05.10.2026
"Növbəti qələbəmizi qazanmaq üçün əlimizdən gələni edəcəyik" - "Gəncəbasar"ın baş məşqçisi
Azərbaycan futbolu
17:09
05.10.2026
"Mingəçevir"i təhlil etmişik, necə oynamalı olduğumuzu müəyyənləşdirmişik" - İlham Yadullayev