Azərbaycan gələn həftə beynəlxalq turnirə ev sahibliyi edəcək.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, 25-28 avqust aralığında Qubada beynəlxalq futbol turniri keçiriləcək.
"Ulduz Futbol Akademiyası"nın təşkilatçılığı və AFFA-nın dəstəyi ilə baş tutacaq 12 yaşlılıar arasında "Ulduz CUP” turnirində 12 komanda iştirak edəcək. Bunlardan yalnız 4-ü Azərbaycan təmsilçisi, 8-i isə xarici komçandalardır. Söhbət "Trabzonspor", "Başakşəhər" (hər ikisi Türkiyə), "Paxtakor", "Bunyadkor" (hər ikisi Özbəkistan), "Dinamo Tbilisi" (Gürcüstan), "Şaxtyor" (Qazaxıstan), "Sduşorsi" (Qırğızıstan) və "Aspire Akademiya" (Qətər) komandalarından gedir. Azərbaycan komandalarına gəlincə, "Ulduz Futbol Akademiyası" ilə yanaşı, "Qarabağ", "Neftçi" və "Sabah"ın 12 yaşlıları yarışda qüvvəsini sınayacaqlar.
İştirakçı qonaq komandalar Azərbaycana 23-24 avqustda təşrif buyuracaqlar. İştirakçılar Qubada 3 hoteldə məskunlaşacaqlar.
İştirakçılar 3 qrupda mübarizə aparacaqlar:
A qrupu
Ulduz FA Trabzonspor Sduşorsi Aspire Akademiya
B qrupu
Qarabağ Dinamo Tbilisi Başakşəhər Bunyadkor
C qrupu Sabah Paxtakor Neftçi Şaxtyor
Qrup mərhələsinin təqvimi belədir:
A qrupu
25.08.2025 16:30 Ulduz FA – Trabzonspor 25.08.2025 18:00 Aspire Akademiya – Sduşorsi 26.08.2025 11:00 Ulduz FA – Sduşorsi 26.08.2025 11:00 Trabzonspor – Aspire Akademiya 26.08.2025 18:00 Ulduz FA – Sduşorsi 26.08.2025 18:00 Trabzonspor - Aspire Akademiya
B qrupu
25.08.2025 10:00 Qarabağ – Dinamo Tbilisi 25.08.2025 10:00 Başakşəhər – Bunyadkor 26.08.2025 09:00 Qarabağ – Başakşəhər 26.08.2025 09:00 Dinamo Tbilisi – Bunyadkor 26.08.2025 16:00 Qarabağ – Bunyadkor 26.08.2025 16:00 Başakşəhər - Dinamo Tbilisi
C qrupu
25.08.2025 09:00 Sabah – Paxtakor 25.08.2025 09:00 Neftçi – Şaxtyor 26.08.2025 10:00 Sabah – Neftçi 26.08.2025 10:00 Paxtakor – Şaxtyor 26.08.2025 17:00 Sabah – Şaxtyor 26.08.2025 17:00 Paxtakor – Neftçi
Mirağa