Azərbaycan millisi İrana qalib gəldi

Azərbaycan millisi İrana qalib gəldi

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Belarusun paytaxtı Minskdə təşkil olunan İnkişaf Kubokunda keçirdiyi ikinci oyunda qələbə qazanıb.

Fanat.Az xəbər verir ki, İlham Yadullayevin baş məşqçisi olduğu komanda İran yığması ilə üz-üzə gəlib.

Görüş millimizin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 47-ci dəqiqədə Amin Rzayev vurub.

Qeyd edək ki, U-17 ilk oyunda Rusiya millisinə 0:3 hesabı ilə məğlub olmuşdu. Komanda fevralın 19-da, Bakı vaxtı ilə saat 14:20-də Qazaxıstanla qarşılaşacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər