Azərbaycan millisi FİFA reytinqində neçənci yerdədir?

Azərbaycan millisi FİFA reytinqində neçənci yerdədir?

FIFA qadın futbolçulardan ibarət milli komandaların yeni reytinq cədvəlini açıqlayıb.

Fanat.Az xəbər verir ki, Azərbaycan yığması yenilənən siyahıda 1300.4 xalla 74-cü pillədə qərarlaşıb.

Siyasət Əsgərovun rəhbərlik etdiyi kollektivin mövqeyi əvvəlki reytinqlə müqayisədə dəyişməyib.

Azərbaycanın qonşu ölkələrindən Rusiya 28, Türkiyə 58, İran 70, Gürcüstan 121, Ermənistan isə 145-cidir.

Qeyd edək ki, reytinq cədvəlinə 2066.79 xalla İspaniya seçməsi başçılıq edir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər