Futbol üzrə Azərbaycan I Liqasında 2025-2026-cı illər mövsümünün püşkatma mərasimi keçirilib.
Fanat.Az xəbər verir ki, püşkün nəticəsinə əsasən, ilk turda qarşılaşacaq komandalar bəlli olub.
I tur
“Zaqatala” – “Cəbrayıl” “Şəfa” – “Şimal” MOİK – “Şahdağ Qusar” “Baku Sportinq” – “Difai” “Səbail” – “Mingəçevir”
Ölkə çempionatı sentyabrın 11-də start götürəcək. Turnir 10 komandanın iştirakı ilə 3 dövrəli sistemlə keçiriləcək.
Qeyd edək ki, ötən mövsüm I Liqanın qalibi adını "Qəbələ" komandası qazanmışdı.