Arda Turan əsas hücumçusunun xidmətindən məhrum oldu

Arda Turan əsas hücumçusunun xidmətindən məhrum oldu

"Şaxtyor"un hücumçusu Lassine Traore "Episenter"lə matçda aldığı zədə səbəbindən ilin sonuna qədər sıradan çıxıb.

Fanat.Az xəbər verir ki, bu barədə "Ukrainian Football" məlumat yayıb.

24 yaşlı forvard ayağından ağır zədə alıb və əməliyyat lazımdır. O, təxminən 5 ayı buraxacaq.

“Şaxtyor” bundan əvvəl Avropa Liqasının seçmə mərhələsinin 2-ci mərhələsində Türkiyənin “Beşiktaş”ı ilə cavab oyununda (2:0) zədələnən braziliyalı cinah oyunçusu Kevini itirib.

Xatırladaq ki, “Şaxtyor” “Episentr”ə 1:0 hesabı ilə qalib gəlib. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər