Ançelotti Kurtuanın qərarından narazı qaldı

Ançelotti Kurtuanın qərarından narazı qaldı

"Real Madrid"in qapıçısı Tibo Kurtua yenidən Belçika millisində oynamaq istəyir. 

Fanat.Az xəbər verir ki, o, komandanı Domeniko Tedesko çalışdırarkən yığmadan gələn dəvəti rədd edirdi. 

Təcrübəli qolkiper yenidən zəng alacağı halda, dəvəti müsbət qarşılayacağını bildirib. Ancaq "Confidencial"-ın məlumatına görə, "Real Madrid"in baş məşqçisi Karlo Ançelotti sıx qrafik və əlavə yüklənmə nəticəsində Kurtuanı yenidən sıradan çıxa biləcəyindən narahatdır. İtaliyalı mütəxəssis ümumiyyətlə, futbolçularının millidə oynamasını müsbət qarşılamır. 

Qeyd edək ki, Kurtua zədə səbəbindən ötən mövsümü demək olar ki, buraxmağa məcbur qalıb. 

Belçika millisində bir müddət öncə qovulan Domeniko Tedeskonu Rudi Qarsiya əvəzləyib. Kurtua Tedeskonun dönəmində millidən kənarda qalıb. O, 2011-ci ildə millidə debüt edib və indiyədək 102 oyun keçirib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər