AL: İkinci mərhələnin iştirakçıları müəyyənləşir

AL: İkinci mərhələnin iştirakçıları müəyyənləşir

UEFA Avropa Liqasında 2-ci təsnifat mərhələsinin bütün iştirakçıları bu gün müəyyənləşəcək.

Fanat.Az xəbər verir ki, 1-ci təsnifat mərhələsinə bu gün yekun vurulacaq.

8 oyundan biri Azərbaycan təmsilçisinin iştirakı ilə baş tutacaq. Belə ki, "Sabah" Sloveniyada "Sele"nin qonağı olacaq. Ötən həftə Bakıda 2:3 hesabı ilə uduzan "bayquşlar" çətin missiyanın öhdəsindən rəqib meydanında gəlməyə çalışacaq.  

UEFA Avropa Liqası 1-ci təsnifat mərhələsi, cavab görüşləri 17 iyul   20:00. “Aktobe” (Qazaxıstan) – “Legiya” (Polşa) İlk oyun - 0:1.

20:00. “İlves” (Finlandiya) – “Şaxtyor” (Donetsk, Ukrayna) İlk oyun - 0:6.

21:00. “Hakken” (İsveç) – “Spartak” (Trnava, Slovakiya) İlk oyun - 1:0.

21:30. ÇFR (Rumıniya) - “Paks” (Macarıstan) İlk oyun - 0:0.

22:00. “Sele” (Sloveniya) – “Sabah” (AZƏRBAYCAN) İlk oyun - 3:2.

22:00. “Priştina” (Kosovo) – “Şerif” (Moldova) İlk oyun - 0:4.

22:00. “Hapoel” (Beer Şeva, İsrail) – “Levski” (Bolqarıstan) İlk oyun - 0:0.

23:00. “Partizan” (Serbiya) – AEK (Kipr) İlk oyun - 1:0.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər