Adı "Şöhrət Zalı"nda olan tanınmış italiyalı vəfat etdi

Adı "Şöhrət Zalı"nda olan tanınmış italiyalı vəfat etdi

Sabiq italiyalı hücumçusu Serxio Kampani 90 yaşında vəfat edib.

Fanat.Az xəbər verir ki, bu barədə onun vaxtilə çıxış etdiyi “Bolonya” klubunun mətbuat xidməti məlumat yayıb.

Keçmiş futbolçu 1959-1961-ci illərdə "Bolonya"da çıxış edib, 50 oyunda 18 qol vurub. Kampani karyerasına "Viçentsa"da başlayıb və orada bitirib. 

Ümumilikdə, hücumçu karyerası ərzində peşəkar səviyyədə 289 oyun keçirib, 64 qol vurub.

Kampani daha sonra oyunçuların hüquqlarını qoruyan İtaliya Futbolçular Assosiasiyasını təsis edib və 1968-2011-ci illərdə Serxio onun prezidenti olub. 2017-ci ildə isəi İtaliya Futbol Şöhrət Zalına daxil edilib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər