Abraham "Beşiktaş"ın tarixinə düşdü

Abraham "Beşiktaş"ın tarixinə düşdü

"Beşiktaş"ın yeni hücumçusu Temmi Abraham klub tarixində iz qoymağı bacarıb.

Fanat.Az xəbər verir ki, 27 yaşlı forvard dünən "Sen-Patrik"ə qarşı keçirilən və 4:1 hesabı ilə bitən qarşılaşmanın ilk hissəsində het-trik edib.

Bu nəticə ilə Abraham Avropa kuboklarında "Beşiktaş"ın heyətində bir oyunun ilk hissəsində 3 qol vuran ilk futbolçu kimi tarixə düşüb.

Sözügedən hücumçu sürəti, fiziki gücü və qapı qarşısındakı soyuqqanlılığı ilə oyunun ən parlaq siması olub.

Kamil Xudiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər