Zambiyalı futbolçu özünü Moskvada narahat hiss edir - AÇIQLAMA

Zambiyalı futbolçu özünü Moskvada narahat hiss edir - AÇIQLAMA

Zambiya millisinin müdafiəçisi Kabaso Çonqo Rusiyada özünü narahat hiss etdiyini çıqlayıb. 

Fanat.Az xəbər verir ki, "Çempionat" 33 yaşlı futbolçunun fikirlərini belə çatdırıb: 

"Bəli, artıq gəlmişik. Hava çox soyuqdur - həyatımda yaşadığım ən soyuq! Məni təəccübləndirdi, amma biz buna uyğunlaşırıq. Hər şey yaxşı olacaq.  Rusiya ilə oyunun çox çətin keçəcəyini düşünürəm. Amma biz istədiyimiz nəticəni əldə etməyə hazırıq".

Rusiya - Zambiya yoldaşlıq oyunu sabah, martın 25-də keçiriləcək. Zambiya 2012-ci il Afrika Kubokunun qalibidir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər