Yamal Neymarın "Barselona"ya qayıtmasına qarşı çıxdı

Yamal Neymarın "Barselona"ya qayıtmasına qarşı çıxdı

"Barselona"nın gənc ulduzu Lamin Yamal braziliyalı hücumçu Neymarın Kataloniya klubuna qayıtmasının əleyhinədir. 

Fanat.Az xəbər verir ki, bu barədə "El Nacional" iddia səsləndirib. 

Mənbənin məlumatına görə, 17 yaşlı ispaniyalı vinger Neymarın "Barselona"ya qayıtmasına kəskin etiraz edb. Komandanın bir neçə üzvü onun mövqeyini dəstəkləyib. Onlar Neymarın transferinin komandadakı ab-havaya pis təsir edəcəyindən, braziliyalının özünün isə Hans-Diter Flikin oyun sxeminə uyğun gəlməyəcəyindən narahatlıqlarını bildiriblər. 

Xatırladaq ki, Neymar bu qışda vətəninə qayıdıb və "Santos"la anlaşıb. Ulduz braziliyalı buna qədər “Əl-Hilal” klubunda Səudiyyə Ərəbistanı çempionatında çıxış edib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər