Yamal İngiltərədə oynamaq istədiyi iki yerin adını çəkdi

Yamal İngiltərədə oynamaq istədiyi iki yerin adını çəkdi

"Barselona"nın ulduz futbolçusu Lamin Yamal karyerası ərzində oynamaq istədiyi stadionlardan danışıb. 

Fanat.Az xəbər verir ki, 17 yaşlı ispaniyalı İngiltərədə bir neçə arenada çıxış etmək istədiyini bildirib. 

"Goal" Yamalın dediklərini belə çatdırıb: 

"Hələ getmədiyim çoxlu stadionlar var. Avropada oynamaq istədiyim bir neçə məşhur arena var. Bunlar "Old Trafford" və "Enfild"dir".

“Mançester Yunayted” ev oyunlarını “Old Trafford”da, “Liverpul” isə “Enfild”də rəqiblərini qəbul edir. 

“Barselona” növbəti matçını mayın 11-də doğma meydanda “Real Madrid”ə qarşı keçirəcək.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər