Xabi Alonso "Real Madrid"i çalışdırmaq üçün yeganə şərtini dedi - SON DURUM

Xabi Alonso "Real Madrid"i çalışdırmaq üçün yeganə şərtini dedi - SON DURUM

"Bayer Leverkuzen"in ispaniyalı baş məşqçisi Xabi Alonso "Real Madrid"də Karlo Ançelottini əvəzləmək üçün yeganə şərtini açıqlayıb.

Fanat.Az xəbər verir ki, bu barədə “Defensa Central” məlumat yayıb.

Mənbənin məlumatına görə, ispan mütəxəssis Madrid nəhənginə mesaj göndərərək müqavilənin bütün detallarını razılaşdırmaq üçün bir ay vaxt verib. 

Alonsonun "Bayer" ilə müqaviləsinin müddəti 2026-cı ilin iyununda başa çatır. Ançelottinin Madrid klubu ilə anlaşması da həmçinin, həmin tarixdə bitəcək.

Qeyd edək ki, "Real Madrid" Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda "Arsenal"a darmadağın (0:3) olub. Cavab oyunu aprelin 16-da Madriddə baş tutacaq. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər