Vüsal İsgəndərlinin yeni klubu bəlli oldu

Vüsal İsgəndərlinin yeni klubu bəlli oldu

Azərbaycan millisinin üzvü Vüsal İsgəndərlinin yeni klubu bəlli olub.

Fanat.Az xəbər verir ki, 29 yaşlı vinger Albaniyanın “Partizani” klubuna keçib. 

Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb. O, yeni klubu ilə "1+1" illik müqavilə imzalayıb. 

Qeyd edək ki, Vüsal İsgəndərlinin sonuncu iş yeri Türkiyənin “Boluspor” klubu olub. O, I Liqa təmsilçisinin heyətində son mövsümdə 22 oyuna çıxaraq 1 qol və 3 ötürmə ilə yadda qalıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər